Yevlaxda yol qəzasında 3 nəfər yaralanıb

 Yevlaxda yol qəzasında 3 nəfər yaralanıb
  01 Dekabr 2019    Oxunub:2889
Yevlaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, hadisə Yevlax avtovağzalının yaxınlığında qeydə alınıb.

Biri "VAZ 2107" olmaqla, iki avtomobil toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar - 1994-cü il təvəllüdlü Ağstafa rayon sakini Namiq Eyvazlı, 1993-cü il təvəllüdlü Balakən rayon sakini Rəfael Kərimov və 1995-ci il təvəllüdlü Qax rayon sakini Elnur Məmmədli xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Yevlax   Qəza  





Xəbər lenti