Dünyanın ən qədim şahmat fiquru tapılıb

Dünyanın ən qədim şahmat fiquru tapılıb
  01 Dekabr 2019    Oxunub:4954
Arxeoloqlar İordaniya ərazisində 1,3 min il tarixi olan dünyanın ən qədim şahmat fiqurunu tapıblar.
“Live Science” portalının yaydığı xəbərə görə, nadir tapıntı Viktoriya Universitetinin arxeoloqu Con Olesonun rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın qədim yaşayış məskənində apardığı qazıntılar zamanı aşkar edilib.

Tapılan top fiquru qumdan düzəldilib və yuxarısında iki xarakterik “buynuz” var. Onun tarixinin VII əsrə aid olduğu müəyyən edilib.

Qeyd edək ki, şahmatın 1500 il əvvəl Hindistanda yarandığı, sonra Qərbdə yayıldığı bildirilir. Top fiqurunun tapıldığı ərazi İordaniyanın cənubunda, vaxtilə Hindistanla Yaxın Şərqi birləşdirən məşhur ticarət marşrutunun üzərində yerləşir.

Azvision.az



Teqlər: Şahmat  





Xəbər lenti