Goranboyda 19 yaşlı çoban güllələnib

Goranboyda 19 yaşlı çoban güllələnib
  30 Noyabr 2019    Oxunub:2133
Goranboy rayonunda 19 yaşlı oğlan güllələnib.
Azvision.az xəbər verir ki, hadisə “Boz dağ” adlanan ərazidə qeydə alınıb. Belə ki, Şövqi Hümbətəliyev ürək nahiyəsindən aldığı güllə xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Ş.Hümbətəliyev həmin ərazidə çobanlıqla məşğul olurmuş. Hadisənin baş vermə səbəbi araşdırılır.

Azvision.az


Teqlər: Goranboy  





Xəbər lenti