“Qarabağ üçün oxu-3”ün kastinqi başlayır – VİDEO

   “Qarabağ üçün oxu-3”ün kastinqi başlayır –    VİDEO
  29 Noyabr 2019    Oxunub:6754
İzləyicilər tərəfindən çox sevilən və xeyli müddətdir ki, böyük maraqla davamı gözlənilən “Qarabağ üçün oxu” layihəsinin 3-cü hissəsinin kastinqi başlayır.
- Məndən bəlkə də yüzlərlə, minlərlə dəfə soruşublar ki, “Qarabağ üçün oxu”nun üçüncü hissəsi nə vaxt hazır olacaq? Nəhayət, bizi gözləyənlərə müjdə verə bilərəm: az qaldı, ən uzağı 3 aya sizə elə bir musiqi ziyafəti təqdim edəcəyik ki, dadı uzun zaman damağınızdan getməyəcək,- deyə layihəni rəhbəri Rəmal Rəsul AzVision.az-a bildirib.



Layihənin dəstəkçisi Azərbaycan Respublikasi Mənəvi Dəyərlərin Təbliği Fondu, informasiya dəstəkçisi isə ARB televiziyası və AzVision.az saytıdır.

Layihədə iştirak etmək istəyənlər
[email protected]
https://www.facebook.com/qarabaguchunoxu
https://www.instagram.com/qarabag_uchun_oxu
ünvanlarına yaza, yaxud, layihəni rəhbəri Rəmal Rəsulla (0557536787) əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, layihənin əvvəlki iki buraxılışı youtube-da 2.1 milyon baxış toplayaraq, böyük marağa və rəğbətə səbəb olmuşdu. Həmin videoları da bir daha sizə təqdim edirik.







Teqlər: Qarabağ-Üçün-Oxu  





Xəbər lenti