Oğuz sakini narkotiklə saxlanılıb

Oğuz sakini narkotiklə saxlanılıb
  28 Noyabr 2019    Oxunub:2396
Narkotik vasitə saxlamaqda şübhəli bilinən rayonun Xaçmaz kənd sakini Kür Zakirov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, axtarış zamanı ondan 1 ədəd bükümdə 9,36 qr narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat tədbirləri ilə K.Zakirovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış keçirilən zaman sellofan torbada 440 qr qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Oğuz   Narkotik  





Xəbər lenti