Narkotik satan keçmiş məhkum tutuldu

Narkotik satan keçmiş məhkum tutuldu
  28 Noyabr 2019    Oxunub:3128
Daxili işlər orqanları tərəfindən narkotik maddələrin dövriyyəsi ilə məşğul olan, eləcə də silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Mehman Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 0,233 qram çəkidə narkotik maddə olan heroin aşkarlanıb.



Əməliyyat tədbirlərinin davamı olaraq M.Babayevə məxsus Şuraabad qəsəbəsində yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış zamanı oradan narkotik maddə olan tiryək, satış üçün kibrit qutularında və sellofan bükümlərdə saxlanılan ümumi çəkisi yarım kiloqrama yaxın olan qurudulmuş marixuana, eləcə bir ədəd əl qumbarası, bir ədəd partladıcı və 17 ədəd 9 mm patron aşkar edilərək götürülüb. Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti