FHN liftdə qalan 4 nəfəri xilas edib

FHN liftdə qalan 4 nəfəri xilas edib
  28 Noyabr 2019    Oxunub:2157
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az



Teqlər: FHN   Lift  





Xəbər lenti