1-ci sinif şagirdinin ölüm səbəbi məlum oldu

   1-ci sinif şagirdinin ölüm səbəbi məlum oldu
  26 Noyabr 2019    Oxunub:2394
Gəncədə 1-ci sinif şagirdinin ölüm səbəbi məlum olub.
Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbdən Azvision.az -a verilən məlumata görə, 1-ci sinif şagirdi Xədicə Hətəmlinin bu gün saat 12:30 radələrində halı pisləşib və qıcolma keçirib.

"Hadisə zamanı şagirdin nənəsi, müəllimi və məktəbin tibb bacısı yanında olub. Məlumat üçün bildiririk ki, şagird epilepsiya xəstəliyi olduğu üçün nənəsi hər zaman şagirdlə dərsə gəlir, onu gözləyir, tənəffüs müddətində onu yedizdirirmiş. Şagird xəstəxanaya çatdırılanadək yolda dünyasını dəyişib", - deyə məlumatda bildirilib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Gəncə   Məktəb  





Xəbər lenti