Sumqayıtda stolüstü tennis üzrə turnir keçirildi

Sumqayıtda stolüstü tennis üzrə turnir keçirildi
  15 Dekabr 2013    Oxunub:1715
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə Sumqayıtın bir sıra müəssisə, idarə və təşkilatlarını təmsil edən komandalar arasında stolüstü tennis üzrə şəhər turniri keçirilib.

Birliyin mətbuat xidmətindən verilən məlumata görə, olimpiya sistemi üzrə keçirilən yarışlara Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Yanğından Mühafizə İdarəsinin, şəhər təhsil və səhiyyə şöbələrinin, Sumqayıt Dövlət Universitetinin, Qafqaz Universitetnin, Müəllimlər İnstitutunun, şəhər Polis İdarəsinin, YAP Sumqayıt şəhər təşkilatının, Gömrük İdarəsinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, Sumqayıt futbol klubunun, 2 saylı UGİM-in komandaları da daxil olmaqla 20 komanda qatılıb. “Azərikimya” İB turnirdə 5 komanda ilə təmsil olunub.

Yarışlarda daha yaxşı nəticə göstərən Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Yanğından Mühafizə İdarəsinin komandası turnirin qalibi oldu.

«Azərikimya» İB-nin “Kimyalayihə” İnstitutu və şəhər təhsil şöbəsinin komandaları müvafiq olaraq 2-ci və 3-cü yerləri tutmuşlar. Qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı.


Teqlər:  





Xəbər lenti