Liftdə köməksiz qalan 4 nəfər xilas edilib

Liftdə köməksiz qalan 4 nəfər xilas edilib
  24 Noyabr 2019    Oxunub:1650
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı və Nəsimi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az



Teqlər: FHN   Lift  





Xəbər lenti