İki uşaq anası özünü 4-cü mərtəbədən atdı

   İki uşaq anası özünü 4-cü mərtəbədən atdı
  24 Noyabr 2019    Oxunub:3076
Bərdədə iki uşaq anası intihara cəhd edib.
Azvision.az -ın məlumatına görə, Bərdə rayonunda məcburi köçkünlər üçün salınmış binada məskunlaşan 1996-cı il təvəllüdlü Bayramova Məlahət özünü yaşadığı evin 4-cü mərtəbəsindən yerə atıb.

M. Bayramova Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Bərdə   İntihar   Qadın  





Xəbər lenti