Sumqayıt-Bakı qatarında problem yarandı - FOTO

   Sumqayıt-Bakı qatarında problem yarandı -  FOTO
  22 Noyabr 2019    Oxunub:4000
Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.
Azvision.az -ın məlumatına görə, Sumqayıtdan saat 08:00-da yola düşən qatar 20 dəqiqə sonra Xırdalan stansiyasına çatıb. Həmin ərazidə elektrik xətlərində olan problem səbəbindən qatar Bakı istiqamətində hərəkət edə bilməyib. Saat 08:50-də Sumqayıt-Bakı qatarı teplovoz vasitəsilə Bakı stansiyası istiqamətində yola düşüb.



Anar Kəlbiyev
Azvision.az



Teqlər: Sumqayıt   Qatar   Vağzal   Bakı   Sərnişin  





Xəbər lenti