Bir gündə iki piyada yol qəzasında ölüb

Bir gündə iki piyada yol qəzasında ölüb
  21 Noyabr 2019    Oxunub:1829
Noyabrın 20-də saat 18 radələrində Lənkəran rayonunun Liman şəhəri ərazisində Cəlilabad rayon sakini A.Camalov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Balqız Quliyevanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bundan başqa noyabrın 20-də saat 19 radələrində Lənkəran şəhərinin ərazisində Nərimanabad qəsəbə sakini Əziz Abıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini, 12 yaşlı Nihad Kazımlını vurub. Nəticədə azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb. Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az




Teqlər: DİN  





Xəbər lenti