İki nəfərdən ov tüfəngi götürülüb

  21 Noyabr 2019    Oxunub : 808
İki nəfərdən ov tüfəngi götürülüb
Masallı və Qəbələ sakinlərindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini F.Əliyevdən lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əmirvan kənd sakini A.Vəliyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.


Azvision.az

Teqlər: DİN