Xanım Qafarovanın qızı aktrisa olmaq istəyir - FOTOLAR
Bunu Azvision.az -a mərhum aktrisa Xanım Qafarovanın anası Gövhər Qafarova deyib. O bildirib ki, nəvəsi Gövhər 6-cı sinif şagirdidir və dərslərini yaxşı oxuyur.
Mərhum aktrisanın anası deyir ki, Xanımın sənət yoldaşları əvəllər ondan xəbər alsalar da, indi zəng edən yoxdur.
“Kənar adamlar gəlib, bizimlə maraqlanırlar. Qızımın sənət yoldaşlarından xəbər yoxdur. İlk illər zəng etdilər, indi yox. Hərənin öz başı öz işinə qarışıb. Heç kimdən heç nə ummuram. Hərdən işlədiyi teatrdan zəng edirlər. Müğənni Xatirə İslam zəng edib maraqlanır, tez- tez xəbər alır, bizə gəlir. Millət vəkili Qənirə Paşayeva da xəbər tutur, Gövhəri hərdən tədbirlərə aparır”.
G.Qafarova maddi sıxıntısının olmadığını söyləyib: “Şükür Allaha, 200 manat mənə, 200 manat da nəvəmə təqaüd verilir. Normal dolanırıq. Gövhər anası kimi aktrisa olmaq, onun yolunu davan etdirmək istəyir”.
Qeyd edək ki, Əməkdar artist Xanım Qafarova 2014-cü ildə, 47 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun bir qız övladı - Gövhər yadigar qalıb.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Xanım-Qafarova Aktrisa