Samuxda qaz sızması partlayışa səbəb olub
Kənd sakini, 1937-ci il təvəllüdlü Səttar Xəlilovun həyətiyanı sahəsində yerləşən yardımçı tikilidə qaz sızması partlayışa səbəb olub. Hadisə zamanı 82 yaşlı kişi yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin baş verməsi səbəbləri araşdırılır.
Azvision.az