`Şahdağ` inamlı qələbə qazandı

`Şahdağ` inamlı qələbə qazandı
  15 Dekabr 2013    Oxunub:1448
Qusarın “Şahdağ” futbol klubu səfərdə inamlı qələbə qazandı.
AzVision.az xəbər verir ki, bu gün futbol üzrə Azərbaycan I Divizionunda 14-cü turun növbəti oyunları keçirilib.

Qusarın “Şahdağ” klubu növbəti dəfə inamlı qələbə qazanıb. Paytaxtda “Bakılı” komandasının qonağı olan qusarlılar 4-1 hesabı ilə qalib gəlmişlər. Bununla da “Şahdağ” futbolçuların məğlubiyyətsiz oyunlar seriyası 6-ya çatıb.

Bu gün keçirilən digər iki matçda “Qaradağ Lökbatan” komandası “Şəmkir”i 3:0, “Şuşa” klubu isə “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib.


Teqlər:





Xəbər lenti