`AZAL` əliboş qayıdır, `İnter` qalib gəldi

`AZAL` əliboş qayıdır, `İnter` qalib gəldi
  15 Dekabr 2013    Oxunub:1199
AZAL Zaqataladan əliboş qayıdır, "İnter" qalib gəldi.
Azərbaycan Premyer Liqasında XVII turun oyunlarına start verilib.

AzVision.az xəbər verir ki, bu gün iki oyun keçirilib.

"Simurq" doğma meydanda paytaxtın AZAL komandasını qəbul edib. Artıq birinci hissədə zaqatalılar "təyyarəçi"lərin qapısından iki cavabsız top keçiriblər. 25-ci dəqiqədə Draqan Çeran, 45-ci dəqiqədə isə Raul Kostin fərqlənib. İkinci hissənin son dəqiqəsində "Simurq" futbolçuları daha bir qol vurmağı bacarıblar - 3:0.
"İnter" isə "Sumqayıt"ı sınağa çəkib. 32-ci dəqiqədə Abdulla Abatsiyev bakılıları hesabda önə keçirib. 88-ci dəqiqədə Vaqif Cavadov hesabı artırıb - 2:0. Matç elə bu hesabla da başa çatıb.

Qeyd edək ki, tura dekabrın 15-də keçiriləcək üç oyunla yekun vurulacaq.


Teqlər:





Xəbər lenti