İngiltərə çempionatında `hokkey hesabı`

İngiltərə çempionatında `hokkey hesabı`
  15 Dekabr 2013    Oxunub:1328
İngiltərə çempionatında "hokkey hesabı" qeydə alındı.
İngiltərə Premyer Liqasının 16-cı turunda "Mançester Siti" Londonun "Arsenal" klubunu qəbul edib.

AzVision.az xəbər verir ki, oyun şəhərlilərin 6:3 hesablı qələbəsi ilə başa çatıb. "Mançester Siti"dən 4-cü dəqiqədə Aquero, Neqredo (39), Fernandinyo (50 və 88), David Silva (66) və Yaya Ture (90 - pen.), "Arsenal"dan isə Uolkot (31 və 63) və Mertezaker (90) fərqləniblər.

Bu qələbədən sonra "Mançester Siti" xalını 32-yə çatdıraraq 2-ci sıraya yüksəlib. "Arsenal" isə 35 xalla liderdir.


Teqlər:  





Xəbər lenti