Bakıda avtobus sürücüsü ürəyindən bıçaqlanıb

Bakıda avtobus sürücüsü ürəyindən bıçaqlanıb
  20 Noyabr 2019    Oxunub:2471
Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Cəbrayıl rayon sakini, 1985-ci il təvəllüdlü İsmayılov Samir Vahid oğlunun ürək və qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

O, cərahi əməliyyat olunub. Həkimlərin verdiyi məlumata görə, xəstə ağır və sərxoş vəziyyətdə xəstəxanaya qəbul olunub.

Qeyd edək ki, S.İsmayılov Qaradağ rayonu ərazisində 24 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobusun sürücüsüdür.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib.

Azvision.az



Teqlər: Sürücü   Bıçaqlanma  





Xəbər lenti