Quba sakini eyni əmələ görə 4-cü dəfə tutuldu - FOTOLAR

Quba sakini eyni əmələ görə 4-cü dəfə tutuldu -    FOTOLAR
  19 Noyabr 2019    Oxunub:2738
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də bu cinayət əməllərinə görə üç dəfə həbs olunaraq səkkiz ilə yaxın müddətə məhkumluq həyatı yaşamış rayonun Barlı kənd sakini, 61 yaşlı Fərman Mirişov saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkiləri, eləcə də şüşə bankada və sellofan torbada saxlanılan, ümumi çəkisi yarım kiloqrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.





Azvision.az


Teqlər: DİN   Quba  





Xəbər lenti