Ağstafa sakinindən tüfəng götürülüb

Ağstafa sakinindən tüfəng götürülüb
  19 Noyabr 2019    Oxunub:1908
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yenigün kənd sakini P.Cəfərovdan “İJ-16” markalı tüfəng və 1 ədəd fənər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti