Evlərdən oğurluq edən qadın saxlanılıb - FOTO
Bölmə əməkdaşaları qısa zamanda qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron trayon sakini Günay Abdullayevanı saxlalayıblar. O, ifadəsində etdiyi cinayəti etiraf edib.
Araşdırma zamanı G.Abdullayevanın Binəqədi rayonunda daha bir neçə evdən eyni üsulla, yəni açıq qalmış qapıdan içəri daxil olmaqla oğurluqlar etiyi məlum olub. Faktla bağlı 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar vasra ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Azvision.az