Bakıda 54 yaşlı neftçi dənizdə batıb

   Bakıda 54 yaşlı neftçi dənizdə batıb
  18 Noyabr 2019    Oxunub:2928
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun batması barədə məlumat daxil olub.
FHN-dən Azvision.az -a bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Dənizdə batan şəxsin neftçi olduğu bildirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Xəzər   Neft  





Xəbər lenti