Keçmiş məhkumlar 53 minlik oğurluq edib

Keçmiş məhkumlar 53 minlik oğurluq edib
  18 Noyabr 2019    Oxunub:2809
Abşeron rayonu ərazisində yerləşən evlərin birindən geyim və məişət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də rayon ərazisindəki evlərin birindən 53.500 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunanlar – B.Aslanov və Q.Məmmədov saxlanılıblar.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti