Şəkidə oğurluq edən dəstə tutuldu

Şəkidə oğurluq edən dəstə tutuldu
  18 Noyabr 2019    Oxunub:2477
Noyabrın 16-da Şəki şəhər sakini Yusif Yusifov Daxili İşlər Nazirliyinin (DİN) “102”- Zəng Mərkəzi Xidməti ilə əlaqə saxlayaraq atasına məxsus akkumulyator təmiri emalatxanasından yeni akkumulyatorların oğurlanması barədə məlumat verib. Müraciət aidiyyəti üzrə Şəki Şəhər Rayon Polis Şöbəsinə yönləndirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus emalatxanadan ümumi dəyəri 350 manat olan 5 ədəd akkumulyatorun oğurlandığı müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törədən şəxslərin Şəki şəhər sakinləri Nicat Salmanov, Elvin Həmidli və bir yeniyetmə olduğu müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər və oğurladıqları akkumulyatorlar onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Azvision.az



Teqlər: Şəki  





Xəbər lenti