Millimiz İngiltərə və Norveç yığmaları ilə qarşılaşacaq

Millimiz İngiltərə və Norveç yığmaları ilə qarşılaşacaq
  14 Dekabr 2013    Oxunub:1124
Voleybol üzrə Azərbaycan millisi İngiltərə və Norveç yığmaları ilə qarşılaşacaq.
İyirmi yaşadək oğlanlardan ibarət voleybol üzrə Azərbaycan yığmasının Avropa çempionatının ilkin mərhələsi üçün oyun proqramı açıqlanıb.

AzVision.az xəbər verir ki, kubalı baş məşqçi Sillie Tabares Leonardonun çalışdırdığı millimiz İngiltərənin Ketterinq şəhərində meydana çıxacaq. İngiltərə və Norveçlə qarşılaşacaq komandamız oyunlarını Ketterinq şəhərdəki Milli Voleybol Mərkəzində keçirəcək.

Qeyd edək ki, yanvarın 3-5-də təşkil olunacaq ilkin mərhələdə bu 3 yığmadan yalnız biri çempionatla vidalaşacaq.


Teqlər:





Xəbər lenti