Bakıda ağır yol qəzası: 4 nəfər xəsarət alıb

   Bakıda ağır yol qəzası:    4 nəfər xəsarət alıb
  16 Noyabr 2019    Oxunub:3005
Bakıda ağır yol qəzası baş verib. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, iki minik avtomobilinin toqquşması barədə təcili yardıma saat 18:34-də məlumat daxil olub.

Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası, qapalı kəllə beyin travması, 22 yaşlı qadın qarının küt travması, daxili qanaxma ehtimalı, 27 yaşlı qız müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıblar.

Hadisə zamanı yüngül xəsarət alan 32 yaşlı qıza yerində yardım göstərilib, hospitalizasiyadan imtina edib.

Azvision.az



Teqlər: Qəza   Yol   Maşın  





Xəbər lenti