Bakıda yanğın: 10 nəfər təxliyə olundu

   Bakıda yanğın:    10 nəfər təxliyə olundu
  16 Noyabr 2019    Oxunub:2715
Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, binanın altıncı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti