Soyğunçuluq edənlər saxlanıldı - İkisi qardaşdır

  15 Noyabr 2019    Oxunub : 991
Soyğunçuluq edənlər saxlanıldı - İkisi qardaşdır
Nəsimi Rayon Polis İdaərsinin 19-cu Polis Şöbəsinə müraciət edən Ağcabədi rayon sakini F.Rzayev noyabrın 13-də Moskva prospektindəki evlərin birində 4 nəfərin ona zor tətbiq edərək 98 manatını aldıqlarını bildirib.
Bakı Şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər, qeyd edilən evdə kirayədə yaşayanlar – E.Əsgərov, V.Vəliyev, E.Fətəliyev və onun qardaşı saxlanılıblar.

Azvision.az

Teqlər: BŞBPİ