Müsavatın bir milyonluq mühacir biznesi - FOTOFAKTLAR

Müsavatın bir milyonluq mühacir biznesi -  FOTOFAKTLAR
  14 Noyabr 2019    Oxunub:16377
Saxta mühacir sәnәdlәrindәn bir milyon manat qazanılıb.
Noybarın 13-də Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı miqrant biznesi ilə məşğul olan 7 Azərbaycan vətəndaşı saxlanılıb. Barələrində həbs qətimkan tədbiri seçilən şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb. Adı çəkilən şəxslər Almaniyada qanunsuz miqrant alveri ilə məşğul olmaqda şübhəli bilinirlər və barələrində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Miqrant alverçilərinin hamısı birbaşa Müsavat partiyası ilə əlaqəli olan şəxslərdir. Əslində bu gün baş verənlər heç də təəccüblü deyil. Azvision.az 23 iyul 2018-ci il tarixli “Arif Hacılı 72 saxta diplomu Almaniyada 36 min avroya satıb – FOTOFAKT” sərlövhəli araşdırma yazısında cinayətkar dəstənin qanunsuz mühacir alveri ilə məşğul olduğunu faktlarla aşkara çıxarmışdı. Həmin araşdırmada konkret olaraq mühacir biznesinin əsas təşkilatçılarından biri olan Müsavat partiyasının hansı formada bu işi həyata keçirdiyi göstərilirdi.



SİTAT: “Müsavat başqanı Arif Hacılı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirlərə qatılmaq üçün Frankfurt şəhərinə səfər edib. Hacılının Almaniyaya getməsində məqsəd heç də AXC-nin yubiley tədbiri olmayıb. Belə ki, Müsavat başqanı ölkədən gedərkən özü ilə Avropada saxta mühacir statusu almaq istəyən şəxslərə satmaq niyyətilə 72 ədəd “diplom” aparıb. Məlumata görə, Arif Hacılı həmin diplomların hər birini 500 avro qiymətinə satıb və ümumilikdə 36 min avro qazanc əldə edib”.



“Müsavata xidmətlərinə görə təltif olunan” şəxslər əsasən bu diplomlar vasitəsilə Avropada oturum almaq istəyən və mövqelərini daha da möhkəmləndirmək üçün istifadə edənlər olub. Həmçinin diplom satışından əldə edilən gəlirin hansı formada ölkəyə gətirildiyi də göstərilirdi:

“Bu vəsaitin bir hissəsini A.Hacılı partiyanın Avropadakı "işçilərinə" paylayıb, pulun qalan hissəsi Ankaraya səfər zamanı xərclənib. Yerdə qalan məbləğ isə A.Hacılını müşayiət edən partiya fəalları Razim Əmiraslanlı, Gülağa Aslanlı, Səxavət Soltanlı və Nüşabə Sadıxlı arasında bölüşdürülüb”.



Bu gün üzə çıxan faktlar düz bir il öncəki araşdırmanın həqiqət olduğunu bir daha təsdiqləyir. Halbuki həmin vaxt Müsavat rəhbərliyi bizi təkzib verməyə çağırır, əks təqdirdə məhkəmə ilə hədələyirdi. Lakin sonradan qeyd olunanların gerçək olduğunu qəbul edərək, sükuta qərq oldular.

Fotolarını təqdim etdiyimiz şəxslərdən bir neçəsi Alman polisi tərəfindən həbs olunub.

İlham Həsən - Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı



Mehdi Xəlilbəyli - Müsavat AKM sədrinin müavini



Müsavat partiyasının başqanı Arif Hacılı Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyliyə “xidmət”lərinə görə diplom təqdim edir.



Qeyd etdiyimiz faktları Arif Hacılı tərəfindən müxtəlif şər, böhtan və şantajla Müsavatdan uzaqlaşdırılan partiya üzvləri də təsdiqləyir.

Müsavatda hazırkı idarəçiliyə və qanunsuzluqlara qarşı çıxan sabiq məclis üzvü Alya Yaqublu baş verənləri “Əsrin fırıldağı” adlandırıb: “Bizi bu adamlara görə düşmən elan elədilər. Onlara qarşı çıxdığımız üçün. Şəxsən mənə buna görə “Sizin maraqlarınız hakimiyyətin maraqlarıyla üst-üstə düşür” dedilər. Halbuki böyük Rəsulzadə hələ 100 il qabaq xəbərdarlıq eləmişdi, “Şübhəsiz, həqiqət bir gün parlayacaqdır” demişdi. Tərifləyənlər və dəstəkləyənlər, utanıın. Susanlar, siz də”.



Müsavat başqanının sabiq müavini Elman Fəttah da saxta mühacir biznesindən xəbərdar olduğunu yazıb: “İndi həbs olunduqları deyilen və hələ adı çəkilməyənlərin də aid olduğu dəstənin fake siyasi mühacir işi ilə əlaqəli olmalarından çoxdan şübhəli idik. Partiya rəhbərliyində təmsil olunduğum vaxt bu mühacir rüsvayçılığının davasını çox apardım. Heç nəyə nail ola bilmədiyimi anladığımda isə müavinlikdən istefa verdim. Anlaşılan hər şey gün üzünə çıxmağa başlayır”.



Mühacirətdə olan jurnalist Yafəz Əkrəmoğlu hesab edir ki, saxta "siyasi mühacir" sәnәdlәrindәn yarım milyon avroya (bir milyon manat) yaxın pul qazanılıb. Onun fikrincə, cinayət işində Gülağa Aslanlı vә Arif Hacılının da adı keçir: “Bu gün alman polisinin ifşa etdiklәrini mәn iki il әvvәl daha detallı şәkildә Müsavat Partiyası rәhbәrliyinә faktlarla, sәnәdlәrlә tәqdim etmişdim. Partiyadakı vicdanlı insanlar buna dәrhal reaksiya verdi, Arif Hacılı vә әtrafından hesabat tәlәb olundu. Tәbii ki, üzәrimizә gәldilәr. O vaxtlar partiya qәrargahının "ali kabinet"indә mәsәlәdәn çıxış yolu kimi bizlәr "hökumәtin adamı" elan olunduq. Partiya üzvlәrinә deyәcәk söz, verilәcәk cavab yox idi axı. Әn gözәl çıxış yolu hәqiәti deyәnlәri damğalamaq idi. O vaxtlar biz Müsavatda arayış mәsәlәsi ilә bağlı istәr qapalı qrupda, istәr açıqda yazanda, Arif Hacılının trolları statusların altına İsa Qәmbәrin daxili rәqiblәrinә hesablanmış bu mәşhur sitatını paylaşırdılar: "İstәnilәn halda mübarizә Müsavatla hakimiyyәt arasında gedir". İndi sitatı dәyişmәnin zamanıdı. Şәrlәyin alman polisini dә...”.



Miqrant biznesinin təşkilində Bakıda keçirilən mitinqləri də xüsusi qeyd etmək lazımdır. Məlum aksiyalar mühacir biznesinin bir hissəsi, daha doğrusu, birinci mərhələsi olub. İşin əvvəlini burada Milli Şura, Müsavat başladıb, davamını isə Almaniyada yaradılmış mütəşəkkil dəstə həyata keçirib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Müsavat   Mühacir   Biznes  





Xəbər lenti