Külli miqdarda narkotik müsadirə edilib

Külli miqdarda narkotik müsadirə edilib
  13 Noyabr 2019    Oxunub:1634
Noyabrın 7-də saat 22 radələrində Lənkəran rayonunun Lüvəsər kəndi ərazisində 1 nəfərin sellofan torbanı yerə ataraq “Mercedes” markalı avtomobillə hadisə yerini tərk etməsi barədə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal polis əməkdaşları həmin ünvana gəlmiş, sellofan torbaya baxış zamanı 490 qram heroin, 440 qram tiryək və 410 qram metamfetamin aşkar edilərək götürülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Liman şəhər sakini E.Bağırov olması müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin də aşkar edilərək götürülüb.

Bundan başqa Gəncə ŞBPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini S.Əliyevin idarə etdiyi “Lada-Priora” markalı avtomobilə baxış zamanı oradan 295 qramdan artıq marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə S.Əliyevin evindən isə əlavə olaraq 1 kiloqramadan artıq marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti