Bakıda avtobus piyadanı vurub, vəziyyəti ağırdır

  12 Noyabr 2019    Oxunub : 771
Bakıda avtobus piyadanı vurub, vəziyyəti ağırdır
Bakının Sabunçu rayonunda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

Belə ki, 172 saylı xətt marşrutu üzrə hərəkət sərnişin avtobusu yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Abbasov Ülvi Elxan oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Ü.Abbasova qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Avtobus   Piyada   Qəza   Xəstəxana