İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi

  12 Noyabr 2019    Oxunub : 8943
 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi
İngiltərənin Oksford Universitetinin alimləri insan nəslinin tükənməsi ilə bağlı araşdırma aparıblar.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, 350 min illik tarixi hesablayan və bunu baza olaraq əsas götürən araşdırma qrupu insan nəslinin tükənmə ehtimalının 14 mində 1 olduğu qənaətinə gəlib.
Elm adamları Efiopiya və Mərakeşdən əldə edilən məlumatları hesablayıblar. Onların fikrincə, insan nəslinin yox olmasına təbiət hadisələri səbəb ola bilər. Həmçinin nüvə silahı və iqlim dəyişikliyi də insanlığın məhvinə səbəb ola biləcək əsas amillərdir.

Nobel mükafatına layiq görülən 50 alim insanlığın sonunun necə gələcəyinə dair 10 ehtimal irəli sürüb.

1. Əhali artımının yaradacağı böhran
2. Nüvə müharibəsi
3. Antibiotiklərin insana təsirinin yox olması
4. Şüursuz liderlərin səbəb olduğu qlobal fəlakət
5. Qlobal terrorizm
6. Elmə məhəl qoyulmaması
7. Süni zəka
8. Bərabərsizliyin artması ilə bağlı qlobal fəlakət
9. Adi narkotiklərdən daha güclü maddələrin kəşfi
10. Eqoistliyin artması və həmrəyliyin itməsi

Aytən Zəhra
Azvision.az

Teqlər: Alim   Araşdırma