Tərtərdə minik avtomobili traktorla toqquşub - Ölən var

  11 Noyabr 2019    Oxunub : 876
Tərtərdə minik avtomobili traktorla toqquşub - Ölən var
Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, noyabrın 9-da saat 19 radələrində Tərtər rayonunun Qarağacı kəndi ərazisində Bakı şəhər sakini Rəşid Əlizadə idarə etdiyi “VAZ-21901” markalı avtomobili qarşıda gedən kənd sakini Vüqar Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusuna vurub. Nəticədə R.Əlizadənin sərnişini, Ağcabədi rayon sakini Səyyarə Məhərrəmova hadisə yerində ölüb.

Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza