Kürdəmirdə yol qəzası - Xəsarət alanlar var

   Kürdəmirdə yol qəzası -    Xəsarət alanlar var
  10 Noyabr 2019    Oxunub:2004
Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Azvision.az "Report"a istinadən xəbər verir ki, Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını ilə "Niva" markalı avtomobil toqquşub. Nəticədə "Niva"nın sürücüsü Şükürov Əfqan Səməd oğlu və onun sərnişinləri - Əliyev Vüqar Xancan oğlu və Qarayev Ayaz Bayılxan oğlu müxtəlif növ bədən xəsarati alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Azvision.az



Teqlər: Kürdəmir   Qəza  





Xəbər lenti