Cinayət törədən 42 nəfər saxlanılıb

   Cinayət törədən 42 nəfər saxlanılıb
  08 Noyabr 2019    Oxunub:2151
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 21 cinayətin üstü “isti izlər”lə açılıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət   Xronika  





Xəbər lenti