Sumqayıtda intihara cəhdin qarşısı alınıb

Sumqayıtda intihara cəhdin qarşısı alınıb
  08 Noyabr 2019    Oxunub:1692
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Azvision.az



Teqlər: FHN   Sumqayıt   İntihar  





Xəbər lenti