Bakıda xəstə özünü 5-ci mərtəbədən yerə atıb

   Bakıda xəstə özünü 5-ci mərtəbədən yerə atıb
  08 Noyabr 2019    Oxunub:3667
Bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzində ölüm hadisəsi qeydə alınıb.
Azvision.az xəbər verir ki, böyrəyindən əməliyyat olunan 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu özünü xəstəxanada qaldığı otağın pəncərəsindən atıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən APA-ya bildirilib ki, xəstə İ.Gülməmmədov ilk dəfə bu ilin martın 1-də müayinə olunmaq üçün xəstəxanaya müraciət edib: “Sentyabrın 23-də xəstə əməliyyat olunaraq ona böyrək köçürülüb. Gülməmmədov əməliyyatdan sonra evə buraxılıb. Oktyabrın 9-da o, yenidən müayinə olunması üçün xəstəxanaya müraciət edib. Həmin tarixdən bugünədək Diaqnostika Mərkəzində müalicə olunub. Bu gün isə xəstəxananın 5-ci mərtəbəsində müalicə olunduğu palatanın pəncərəsindən özünü yerə atıb”.

Xəstənin özünü atmasının səbəbləri hələlik məlum deyil.

İ.Gülməmmədovun meyiti Məhkə Tibbi Ekspertiza və Patoloji Anatomiyta Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Xəstəxana   İntihar   Xəst   Ölüm  





Xəbər lenti