Avtoservisdən “Mercedes”i qaçırıb işıq dirəyinə vurdu

Avtoservisdən “Mercedes”i qaçırıb işıq dirəyinə vurdu
  06 Noyabr 2019    Oxunub:2167
Noyabrın 5-də saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisindəki avtoservislərin birindən Bakı şəhər sakini A.Xəlilova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb və Xəzər rayonunun Binə qəsəbəsi ərazisində idarə edilərkən işıq dirəyinə vurulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, həmin avtoservisdə usta işləyən Ə.Əliyev saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti