7 kq-dan artıq marixuana dövriyyədən çıxarılıb

7 kq-dan artıq marixuana dövriyyədən çıxarılıb
  06 Noyabr 2019    Oxunub:1596
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini C.Hüseynovun evindən 7 kiloqram 400 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti