Göyçayda ağır yol qəzası - Yaralılar var

 Göyçayda ağır yol qəzası -    Yaralılar var
  06 Noyabr 2019    Oxunub:2611
Göyçay rayonunda "Qazel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yol nəqliyyat hadisəsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə 4 nəfər kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

"Onlardan 3 nəfərinə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. 4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Göyçay   Qəza  





Xəbər lenti