Keçmiş məhkum yenidən cinayət törətdi

  05 Noyabr 2019    Oxunub : 677
Keçmiş məhkum yenidən cinayət törətdi
Hacıqabul şəhəri ərazisindəki evlərin birindən məişət və geyim əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da şəhər ərazisindəki evlərin birindən 2715 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş M.Abdullayev saxlanılıb.

Azvision.az

Teqlər: DİN