Şəhriyar Məmmədyarov erməniyə qalib gəldi

Şəhriyar Məmmədyarov erməniyə qalib gəldi
  13 Dekabr 2013    Oxunub:1457
Azərbaycanlı şahmatçı Pekində sürətli şahmat üzrə keçirilən beynəlxalq turnirdə növbəti qələbə qazanıb.
Çinin paytaxtı Pekin şəhərində Ümumdünya İntellekt Oyunları çərçivəsində keçirilən sürətli şahmat üzrə turnirdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov erməni rəqibi Levon Aronyanı məğlubiyyətə uğradıb. 5-ci tur çərçivəsində keçirilən oyun 39-cu gedişdə Aronyanın mat olması ilə nəticələnib. 5 oyunda 3 qələbə qanana Məmmədyarov liderlər qrupunda yerini möhkəmləndirib.
Xatırladaq ki, 28 yaşlı şahmatçımız artıq bir dəfə bu turnirin qalibi olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti