Medvedev bakılı yazıçının yubileyini təbrik etdi

  03 Noyabr 2019    Oxunub : 2236
 Medvedev bakılı yazıçının yubileyini təbrik etdi
Rusiyanın Baş naziri Dmitri Medvedev yazıçı Leonid Zorini təbrik edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Medvedev Zorinə teleqram göndərib və ona 95 yaşı münasibətilə təbriklərini çatdırıb.

Qeyd edək ki, Zorin 1924-cü ildə Bakıda anadan olub. 1946-cı ildə Azərbaycan Dövlət Universitetini bitirib. Dram və romanları ilə məşhur olan Zorin bir çox kitabların müəllifidir.

Azvision.az

Teqlər: Medvedev