“Qarabağ”ın Avroliqadakı rəqibi yenə xal itirdi

  03 Noyabr 2019    Oxunub : 847
“Qarabağ”ın Avroliqadakı rəqibi yenə xal itirdi
Futbol üzrə İspaniya La Liqasında 12-ci turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ" klubunun rəqibi olan “Sevilya” öz meydanında "Atletiko Madrid"i qəbul edib.

"Ramon Sançez Pizxuan" stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, bu oyundan sonra "Sevilya" 21 xalla turnir cədvəlində dördüncü olub.

Azvision.az

Teqlər: Sevilya   Qarabağ   Pa-Liqa