DİN-dən 4 nəfərin öldüyü qəza ilə bağlı məlumat

DİN-dən 4 nəfərin öldüyü qəza ilə bağlı məlumat
  02 Noyabr 2019    Oxunub:1026
Noyabrın 1-də saat 21 radələrində Siyəzən rayonu ərazisində Xaçmaz şəhər sakini H.İsmayılovun idarə etdiyi “Lada” və Bakı şəhər sakini S.Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə hər 2 sürücü və sərnişinlərdən 30-35 yaşlı 2 qadın hadisə yerində ölüb, digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti