Ramana qəsəbəsində film kimi cinayət əməli

 Ramana qəsəbəsində film kimi cinayət əməli
  23 Oktyabr 2019    Oxunub:2025
Oktyabrın 22-də saat 2 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsində 3 nəfərin A.İsmayılovu bıçaqla hədələyib “VAZ-2107” markalı avtomobildə aparması barədə Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölməsi, Dövlət Yol Polis Şöbəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Əsgərov Sabunçu qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən digər iki nəfərin də şəxsiyyətləri müəyyən edilib.

Üz və bədən nahiyəsindən xəsarət almış A.İsmayılov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti