Soyğunçuluq edən şəxslər tutuldu

Soyğunçuluq edən şəxslər tutuldu
  23 Oktyabr 2019    Oxunub:1846
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini H.Ələkbərov oktyabrın 21-də Nərimanov rayonunun ərazisində 2 nəfərin ona məxsus içərisində bank kartları olan pulqabısını açıq talama yolu ilə almalarını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

5-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Tağıyev və Füzuli rayon sakini E.Nəsirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti