DİN ceyran ovlayanlarla bağlı məlumat yaydı

  23 Oktyabr 2019    Oxunub : 1064
DİN ceyran ovlayanlarla bağlı məlumat yaydı
Salyan Rayon Polis Şöbəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdikləri tədbir zamanı Şirvan Milli Parkında bir baş ceyran ovlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Azvision.az -a verilən məlumata görə, araşdırma nəticəsində bu cinayəti törədənlərin rayon sakinləri Natiq Həsənov, İsmət Məmmədzadə və Rəşad Əsədov olduğu müəyyən edilib.

Saxlanılan şəxslərdən 1 baş ovlanmış ceyran, 1ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 1ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Ceyran